ƏSAS SƏHİFƏ
ŞİRKƏT PROFİLİ
XİDMƏTLƏRİMİZ
VİTRİN
ƏLAQƏ SAXLAYIN

“Sahil” İnformasiya Texnologiyaları Mərkəzi 1999-cu ildən bəri qeyri-hökumət təşkilatı olaraq Azərbaycanda yeni informasiya və İnternet texnologiyalarının araşdırılması və tətbiqi ilə məşğuldu. Fəaliyyətimizdə əsas və prioritet istiqamətlərdən biri, Azərbaycan həqiqətlərinin İnternet vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdi.

2004-cü ildə Mərkəzin əsasında “Sahil - İT” MMC şirkəti yaradılmışdır. Şirkətimiz informasiya texnologiyaları sahəsində bir çox istiqamətdə fəaliyyət göstərməkdədir, əsas olaraq məsləhət və icra xidmətlərinin göstərir. “Sahil-İT”, həm şəxsi istifadə üçün həm də şəbəkə səviyyəsində proqram təminatının yaradılması, quraşdırılması, servisi və texniki dəstəyi ilə məşğuldur, eyni zamanda kompüter qrafikası, web-resurslarının yaradılması və dəstəyi, multimedia xidmətləri ilə məşğul olur. Bununla birlikdə həm də web-resursların qeydiyyatı, İnternetdə yerləşdirilməsi, İnternet reklamı və audit xidmətlərini həyata keçirir.

İnternet sahəsində 6 ildən artıq bir təcrübəyə sahib olan şirkətimiz bu müddət ərzində həm öz İnternet-layihələri, həm də müxtəlif fiziki şəxs, dövlət və qeyri-dövlət müəssisələri tərəfindən sifariş edilən 60-dan artıq layihə həyata keçirmişdir. İnternet serverlərimizdə 100-dən artıq resurs yer almaqdadır. Regional müştərilərlə yanaşı Almaniya, Rusiya, Avstriya, Türkiyə, Ukrayna və Pakistan kimi ölkələrdən müştərilərimiz də vardır. Sahil İT şirkəti, azərbaycan dilində web-resursların yaradılmasında Azərbaycanda öndə gedən şirkətlərdəndir.

KAMPANİYALAR
XƏBƏRLƏR
01.07.2006 Akabe İnşaat şirkətinin saytı işıq üzü görüb
FAYDALI
Azərbaycan Elektron Kataloqu